• CQA şirkəti AB norma və qaydalarına uyğun olan Tullantı poliqonlarının layihələndirməsi, tikintisi və keyfiyyətin təminatı işlərində böyük təcrübəsi var. Şirkət Böyük Britaniyada, İrlandiyada, Portuqaliyada, Azərbaycanda, Türkiyədə, Gürcüstanda və Rumıniyada həm təhlükəli, həm də təhlükəsiz tullantılar üçün poliqonların tikilməsinin bütün mərhələlərində işlərə nəzarət və məsuliyyət daşımışdır.Poliqon layihələrinə poliqonların tikintisinin layihələndirməsi, zibillərin yandırılaraq enerjiyə çevrilməsi və AB standartlarına uyğun şərtlərlə istismardan çıxarılması; müqavilənin və tikinti işlərinin idarə edilməsi;keyfiyyətin təminatı və uyğunluq hesabatın verilməsi və ətraf mühitin mühafizəsi daxildir. Biz həmçinin ətraf mühitin sağlamlaşdırılması üçün poliqonlar layihələndiririk. Poliqon layihələrinizlə bağlı verə biləcəyimiz mümkün xidmətləri bizimlə müzakirə edin.

  • CQA şirkəti əməkdaşlarının Şimali və Cənubi Amerika, Böyük Britaniya, Rusiya, Afrika və son dövrdə Meksika və Azərbaycanda kömür və metal mədənlərində mühəndislik xidmətlərinin verilməsi sahəsində çox böyük təcrübəsi var. Bu növ xidmətlərə qızıl və kömür mədənləri üçün karyerin mailliyinin davamlılığının qiymətləndirilməsi, qızıl, gümüş və mis mədənləri üçün topa aşındırma meydançalarının layihələndirməsi, qızıl, qurğuşun-sink, boksit (alüminium filizi) və neft qumu mədənləri üçün tullantı meydançaları və filiz və şlam qalıqları üçün hövzələrin layihələndirməsi daxildir. Şirkətimizin yeraltı xəritə çıxarma, sudan arındırılma, çirkab suların təmizlənməsi, ətraf mühitin monitorinqi və Ətraf Mühitə Təsirlərin Müəyyənləşdirilməsi ilə bağlı hazırlıqların görülməsi işlərində böyük təcrübəyə malikdir. Bizim eyni zamanda dağ-mədən sənayesində yüksək səriştəsi olan layihələndirdmə və tikinti üzrə yüksək ixtisaslı mühəndislərimiz var. Dağ-mədən layihələrinizlə bağlı verə biləcəyimiz mümkün xidmətləri bizimlə müzakirə edin.

  • CQA şirkəti yolun layihələndirilməsi və onun tətqiq edilməsi, boru xətt marşrutlarının müəyyən edilməsi ilə bağlı rəyin bildirilməsi, müvəqqəti dambalar, su hövzələrində xətaların qiymətləndirilməsi, tökmə və ya qayda mailliyin layihələndirilməsi bağlı işlərin qiymətləndirib təhvil verilməsi xidmətləri sayəsində ölkənin infrastrukturunda əhəmiyyətli rol oynayır. Biz dağ-mədən, mülki və neft sənayesində boru xətti marşrut və nəqliyyat yollarının layihəsini çəkmişik. Bizim geotexniki bacarıq və beynəlxalq səviyyədə qazanılmış uğurlarımız illərlə qazanılan təcrübəyə bağlıdır. Geotexniki mühəndislik layihələrinizlə bağlı verə biləcəyimiz mümkün xidmətləri bizimlə müzakirə edin.

  • CQA şirkətinin sağlamlaşdırma ilə əlaqədar planlaşdırma, layihələndirmə, istismara verilmə icazəsi və dünyanın müxtəlif yerlərində mühüm layihələrin yerinə yetirilməsində böyük təcrübəsi var. Biz suyun, torpağın və tikinti materiallarının civə çirklənməsindən zərərsizləşdirilməsi, karbohidrogenlər, ağır metallarla və organic maddələrlə çirkləmiş 1.5 km² ərazinin bərpa işlərində çalışmışıq. Biz torpaqların yuyulması, in-situ bio-sağlamlaşdırma, ərazinin kənd təsərrüfatı üçün yararlı hala salınması, asfalt yol örtüklərinin qurulması və bir çox su ehtiyatlarının təmizlənməsi işlərinin layihəsinin hazırlanması və onlara nəzarəti həyata keçirmişik. Biz həmçinin sənaye sahələrinin 2 mərhələli tədqiqatının aparmış və bununla bağlı bərpa planlarını və strategiyalarını təqdim etmiş. Şirkətimiz eyni zamanda baş vermiş hadisələrdə məsuliyyət və cavabdehlik üzrə aparılan müzakirələrdə geniş təcrübəsi vardır. Ətraf mühitin sağlamlaşdırılması layihələrinizlə bağlı verə biləcəyimiz mümkün xidmətləri bizimlə müzakirə edin.

  • Biz su hövzələrinin təkmilləşdirilməsi və mühafizəsi ilə əlaqəli bir çox xidmətlər təklif edirik. Bunlara suqəbuledici mexaniki qurğunun layihələndirməsi çəkilməsi və istismara verilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi tədqiqatları, mühəndislik və dağ-mədən məqsədli işlərin görülməsi üçün suyun qurudulması, su ehtiyatların və su keçirici və ya su toplayıcı qaya suxurlarının kəşfiyyatı üzrə xəritəçəkmə, çirkab suların təmizlənməsi, bataqlıq ərazilərin layihələndirilməsi, süxur qatlarında suların bərpa edilməsi və ehtiyyata götürülməsi daxildir. Su ehtiyatları layihələrinizlə bağlı verə biləcəyimiz mümkün xidmətləri bizimlə müzakirə edin.

  • Şirkətimizin ixtisaslaşma sahəsindəki layihələrə əlavə olaraq, biz ətraf mühitlə əlaqəli hər növ mühəndis layihələrinin idarə edilməsi xidmətinitəklif edirik. Biz layihənin tələblərindən asılı olaraq layihə üzrə menecer təyin edirik və bizim əməkdaşımız iş yerinə yetirilənə qədər iş üzrə mütəxəssis vəzifəsini icra edir. Keçmiş təcrübəmizdə Dünya Bankının Azərbaycanda maliyələşdirdiyi layihələndirmə, memarlıq və mühəndislik, istismara verilmə, avadanlıqların alınması, tikintiyə nəzarət, maliyyə vəziyyəti və bütün proseslərin hesabatında məsul olduğumuz xəstəxanaların və tibb məntəqələrinin layihəsi üzrə bu növ xidmətləri yerinə yetirmişik. Biz həmçinin, Rumıniyada AB-nin maliyyələşdirdiyi tullantıların vahid idarəçiliyi layihəsini, Kosovoda təhlükəli dağ-mədən fizil tullantıxanasının yenidən bərpa edilməsi layihəsini, Azərbaycanda tullantıların enerjiyə çevrilməsi üçün alqı-satqı yardımçı xidməti kimi işləri təhvil vermişik. Layihələrin idarə edilməsi xidmətmizin sizə edə biləcəyi mümkün yardımları bizimlə müzakirə edin.

  • CQA şirkəti keçmiş Sovet dövlətləri və Yaxın Şərq ölkələrində həm hökümət, həm də özəl sənaye üçün mülki, sənaye və təhlükəli tullantıların idarə edilməsi sistemlərinin planlaşdırılması və Tullantıların Vahid İdarəçiliyi planının inkişaf etdirilməsi sahəsində də təcrübəyə malikdi.r Biz həmçinin tullantıların təkrar istismara verilməsi, yandırılması və ya enerjiyə çevrilməsi ilə əlaqəli layihələri yerinə yetirmişik. Bizim tullantıların idarə edilməsi xidmətinə planlaşdırma, layihələndirmə, yeni tullantı sahələrinin hazırlanmasının yerinə yetirilməsi, mövcud zibilxana sahələrinin bərpası aiddir. Layihənin həyata keçirilə bilən olması tədqiqatı; istismara verilmə; Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi; tikintiyə nəzarət; müqavilənin öhdəliklərinin idarə edilməsi; monitoring və uyğunluğun yoxlanılması kimi bütün işlər CQA tərəfindən icra edilir. Tullantıların idərə edilməsi ilə əlaqəli layihələrinizlə bağlı verə biləcəyimiz mümkün xidmətləri bizimlə müzakirə edin.

Layihələr və Xidmətlər

Şirkətin layihələr üzrə təcrübəsi aşağdakılardan ibarətdir:
200 layihə, 50 müştəri, 20 ölkə

CQA şirkətinin əməkdaşları texniki təcrübə və pratiki qabiliyyətlərindən istifadə edərək müştərilərin tələblərinə uyğun olaraq, onların problemlərini dərk edib və davamlı həll etmişlər.
Layihələrimizin əksəriyyəti tullantıların idarə edilməsi, geotexniki mühəndislik, ətraf mühitin mühafizə edilib sağlamlaşdırılması və dağ-mədən sənayesi əməliyatları sahəsi ilə bağlıdır. Biz həmçinin su ehtiyatları, tullantıların zərərsizləşdirilməsi üçün poliqon layihələrini yerinə yetirib təhvil vermişik. Buna əlavə olaraq ətraf mühitlə bağlı mühəndislik layihələrinin idarə edilməsi xidmətlərini də təklif edirik.