CQA haqqında ən son xəbərlər

Tuesday, 26 March, 2013 - 22:11
CQA İnternational Ltd-də yeni təyinatlar

Çeltenhemdə yerləşən mühəndis Məsləhətçi xidmətləri göstərən CQA İnternational Ltd şirkəti onun filialı olan Containment Quality Associates Ltd şirkəti ilə birləşmişdir.
CQA İnternational Ltd əməkdaşlarının yeni vəzifələrə təyin edilməsini elan etməkdən məmnundur. Yeni təyinatlar aşağıdakılardır: Bakı ofisinin Meneceri Endi Hall Bakı əməliyyatları üzrə Direktor və Baş Menecer vəzifəsinə təyin edilmişdir.
Darren Bland Böyük Britaniya əməliyyatları üzrə Direktor və Baş Menecer vəzifəsinə təyin edilmişdir.
Digər əhəmiyyətli təyinatlara isə Kris Grünun baş mühəndis geoloq, Bob Stivensin baş ətraf mühit mühəndisi, İsmayıl Eyvazovun isə baş tikinti mühəndisi təyin edilmələri daxildir.

Tuesday, 26 March, 2013 - 22:11
CQA filiz qalıqları tullantıxanası dambasının birinci mərhələsini tamamlamışdır

CQA İnternational Ltd bu yaxınlarda Azərbaycanda qızıl mədəni üçün filiz qalıqlarının tullantı dambasının birinci mərhələsini tamamlamışdır. Damba 40m hüdürlüyündədir və daha sonra isə bu 70m-ə çatdırılacaq. CQA layihə planının hazırlanması və tikintiyə nəzarət işlərini özü yerinə yetirərək qabaqcadan razılaşdırılmış büdcəyə və təyin edilmiş vaxt ərzində işləri yekunlaşdırmışdır. İşlərə həmçinin 6 km uzunluğunda boru xətti və dambaya xidməti nəzarət yolu və dağlıq ərazidə kəsimlər dolğular da daxildir. Bu iş CQA şirkətinin Azərbaycanda topa aşındırma meydançalarının, hovuzların və digər infrastrukturlarla əlaqəli fəaliyyətinin davamıdır.

Tuesday, 26 March, 2013 - 22:11
CQA İnternational Ltd yeni bazara daxil olur

CQA şirkətinin neft sektoru, tullantıların idarə edilməsi və mülki yenidən qurma layihələri ilə əlaqəli işlərlə məşğul olacaq növbəti beynalxalq ofisinin İraqda açılması gözlənilir. Şirkət artıq ilk vəzifəsini, şimali İraqda neft istehsalı qurğuları və boru xəttləri üçün sahənin müəyyən edilməsi və geotexniki tədqiqatın aparılmasına başlamışdır. Aparıcı menecerlər mümkün müştərilərlə görüşüb bazardakı imkanları qiymətləndirmək üçün Bağdada səfər etməyi planlaşdırırlar.