CQA International Ltd
Bizim yüksək ixtisaslı
əməkdaşlarımız sizin
problemlərinizi həll etməyə hazırdır

Bizim aparıcı əməkdaşlarımız: təcrübəli mühəndislər, geoloqlar, alimlər və texniklərdir

Robert Stivens, Ətraf mühit üzrə aparıcı mühəndis
Robertin AutoCAD Civil 3D proqramında layihələndirmə yanaşı peşəkar mühəndislik sahələrində 25 illik təcrübəyə malikdir. Onun dağ-mədən sənayesində, tullantıların idarə edilməsində, neft sənayesi və su kefiyyəti ilə əlaqədar layihələrdə planlaşdırma, tikintiyə nəzarət, keyfiyyətin idarə edilməsi və tənzimləyici qaydalara əməl edilməsi işlərində də 15 illik təcrübəsi vardır.
Ismayil Eyvazov, Aparıcı mühəndis
İsmayıl müxtəlif ölkələrdə sənaye, ictimai və mülki obyektlərinin tikintisi və onlara nəzarət sahəsində 40 illik təcrübəyə malik olan inşaatçı mühəndisdir. İsmayıl şirkətimizdə ətraf mühit üzrə mühəndislik işlərində də 10 illik təcrübəsi vardır. O, Azərbaycanda, Rusiyada çalışmış və Qazaxstanda Tengiz neft yatağı layihəsinin işlənilməsində, quyulardan çıxan kükürdün tutulub saxlanılmasında, yanğın və su üçün depolar ve s. kimi obyektlərin tikintisində birbaşa iştirak etmiş və tikintinin ümumi gedişatına nəzarət etmişdir.
Vaqif Vahabov, Aparıcı mühəndis
Vaqif sənaye, mülki və dövlət obyektlərinin tikintisi və onlara nəzarət sahəsində 39 illik təcrübəyə malikdir. Vaqif bir çox sənaye, içtimai və mülki binaların xüsusi ilə Xəzər dənizi sahilində neft terminalının, sağlamlıq komplekslərinin tikintisində iş icraçısı və mühəndis vəzifələrində işləmişdir.
Kris Qrü, Aparıcı geotexniki mühəndis
Kris 12 illik təcrübəsi olan geoloji mühəndis olaraq sahənin tədqiqatı, geotexniki və dağ-mədən əməliyyatlarında ixtisaslaşmışdır. O, Avropa, Asiya və Avstraliyada təməlin layihələndirməsi, mailliyin dayanıqlığı, hidrogeoloji modelləşdirmə kimi işlərdə təcrübəsi vardır.
Darren Bland, Direktor və Baş Menecer, Böyük Britaniya
Darren Bland ətraf mühit və mühəndisliklə əlaqədar layihələrdə 10 illik təcrübəyə malik geoloqdur. O, bir çox zibilxana poliqonu layihələrində, qızıl və mis mədənlərində topa aşındırma meydançalarının, emal hovuzlarının və digər infrastrukturların tikintisində çalışmışdır. O, hal-hazırda CQA şirkətinin Böyük Britaniya ofisini idarə edir.
Andrew Hall, Direktor və Region üzrə Menecer, Azərbaycan
Andrü ətraf mühit və mühəndisliklə əlaqədar layihələrdə 12 illik təcrübəyə malik geoloqdur. O, tullantıların idarə edilməsi, çirklənmiş torpaq və suyun zərərsizləşdirilməsi kimi layihələrdə çalışmışdır. Onun FIDIC (Məsləhətçi Mühəndislərin Beynəlxalq Federasiyası) şərtlərindən istifadə edərək müqavilələrin idarə edilməsində təcrübəsi var. O, hal-hazırda CQA şirkətinin Bakı ofisini 15 mühəndis və digər yardımçı heyətlə idarə edir.
Piter Stivens, İdarəedici direktor
Piter Stivens ətraf mühitin geologiyası, hidrogeologiya və geotexniki mühəndis işlərində texniki və müqavilələrin idarə edilməsində 30 illik təcrübəyə malik olan geoloqdur. O, tullantıların idarə edilməsi, çirklənmiş sahənin tullantılardan zərərsizləşdirilməsi, su ehtiyatlarının qorunması və dağ-mədən sənayesi mühəndisliyi sahələrində 20-dən çox ölkədə 150-dən çox layihəni yerinə yetirib tamamlamışdır.